Türkiyənin “Qalatasaray” klubu yayda heyətini gücləndirəcək.
Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar” mövsümün sonunda Moskva “Lokomotiv” ilə müqaviləsi başa çatacaq Ceferson Farfanı heyətinə cəlb edəcək.
Qeyd edək ki, perulu yarımmüdafiəçi cari mövsümdə Moskva klubunun heyətində 29 oyuna 14 qol vurub.