
“Türk Telekom Arena” stadionunda keçirilən matçı hakim Bülent Yıldırım idarə edib. “Qalatasaray”ın heyəti Muslera, Sabri Sarıoğlu, Semih Kaya, Hakan Balta, Telles, Hayroviç, Melo, Selçuk İnan, Sneijder, Burak Yılmaz, Umut Bulutdan (Drogba) ibarət olub.
“Fənərbaxça”da isə Volkan Demirel, Gökhan Gönül, Bekir İrtegün, Alves, Caner Erkin, Mehmet Topal, Meireleş, Emre Belözoğlu, Kuyt, Sow və Emenike oynayıb.
İstanbul derbisinin taleyini “Qalatasaray”ın hollandiyalı legioneri Uesli Sneyderin 9-cu dəqiqədə vurduğu möhtəşəm qol həll edib. Uesli Sneyder Cim-Bomu hesabda önə çıxarıb. 41-ci dəqiqədə hakim Bülənt Yıldırım Emre Belezoğluna ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Oyunun 86-cı dəqiqəsində Melo meydandan qovulub. Gərgin keçən oyunda meydandan 2 futbolçu qovulub və 16 futbolçuya isə xəbərdarlıq edilib.