“Qalatasaray” hücumçusu ilə yolları ayırdı

“Qalatasaray” hücumçusu Bafetimbi Qomislə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi 38 yaşlı hücumçu ilə müddəti başa çatan müqaviləni yeniləməyib. Klub “Twitter” hesabındakı paylaşımla forvarda təşəkkür edib.

Qeyd edək ki, 2022-ci ildə “Qalatasaray”a qayıdan Bafetimbi Qomis 2017/2018 və başa çatan mövsümdə komanda ilə Türkiyə çempionu olub.