Türkiyənin “Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” bu mövsümün əvvəlində İtaliyanın “Cenoa” komandasına icarəyə verdiyi yarımmüdafiəçi Berkan Kutlunu geri qaytarıb.
Qeyd edək ki, 26 yaşlı oyunçu “Cenoa”nın heyətində 16 matçda iştirak edib.