“Qalatasaray”-ın baş məşqçisi istefaya göndərilib

5ad1421ad5b3e7d0546e4d3e068a9863Türkiyənin “Qalatasaray” futbol klubu baş məşqçi Həmzə Həmzəoğlu ilə yollarını ayırdığını açıqlayıb.

Klubun rəsmi internet səhifəsində belə deyilir.

“Qalatasaray” futbol klubunun baş məşqçisi Həmzə Həmzəoğlunun müqaviləsinə əldə olunan qarşılıqlı razılaşma çərçivəsində xitam edilib. Məşqçimizə bu günə qədər klubumuza verdiyi xidmətlər üçün təşəkkür edir, ona bundan sonrakı karyerasında uğurlar diləyirik”, məlumatda qeyd edilir.