UEFA Çempionlar Liqasında V turun oyunlarına start verilib.
Yenicag.az xəbər verir ki, A qrupunda yer alan Türkiyə çempionu “Qalatasaray” öz meydanında Belçikanın “Brügge” klubu ilə qarşılaşıb.
İstanbul təmsilçisi qələbə qazanmağa yaxın olsa da, uzatma dəqiqələrində buraxılan qolla üstünlüyü əldən verib. Bununla da görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qrupun digər oyununda isə “Real Madrid” PSJ-ni qəbul edir.