Türkiyə Superliqasının 18-ci turu çərçivəsində son çempion “Qalatasaray” “Konyaspor”u qəbul edib.
Yenicag.az xəbər verir ki, Bardakçı matçın 63-cü dəqiqəsində hesabı açaraq “aslanlar”ı önə çıxarıb. 90-cı dəqiqədə Zaha fərqi artırıb. 90+4-cü dəqiqədə isə Bardakçı dubla imza ataraq komandasının qələbəsini rəsmiləşdirib – 3:0.
Beləliklə də, “Cim-bom” xallarının sayını 47-yə çatdıraraq lider “Fənərbağça” ilə bərabərləşib. Hazırda Okan Burukun yetirmələri turnir cədvəlində 2-cı sıradadır. “Konyaspor” isə cəmi 18 xalla təhlükəli zonanın bir addımlığında – 16-cı yerdədir.