“Qalatasaray” – “Real Madrid” oyunundan sonra ayrılıq xəbəri – SƏBƏB

“Türk Telekom” arenanın təhlükəsizlik məsələləri ilə məşğul olan “Performans Grup” şirkəti təhlükəsizlik əməkdaşı ilə yollarını ayırıb. 

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb həmin işçinin “Qalatasaray” – “Real Madrid” oyunu zamanı Fatih Terim adının yazıldığı şərfi stadiona buraxmaması olub.

Şirkət rəsmi açıqlama yayaraq həmin işçinin təlimatı yanlış anladığını və artıq onun işinə son verildiyini açıqlayıb.

 

COP29