“Qalatasaray” rəhbərliyindən transferlərlə bağlı vacib QƏRAR

Yayda maraqlandığı futbolçuları rəqiblərinə uduzan “Qalatasaray” bu dəfə transfer cəhdlərini gizli həyata keçirəcək.

Yenicag.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Ara transfer dövründə bəzi bölgələrə transferlər edəcək “Qalatasaray” rəhbərliyinin bütün işlərini gizli həyata keçirəcəyi əldə edilib.

“Sarı-qırmızılılılar”ın idarə heyətinin bu qərarı qəbul etməsinə yayda baş verən hadisələr təsir edib.

İstanbul təmsilçisi yay mövsümündə əzəli rəqibi “Fənərbağça”da uğurlu mövsüm keçirən Fred və Şimanski kimi oyunçularla maraqlansa da, prosesin uzanması səbəbindən transferdə xoşbəxt sona çata bilməyib.

Limit problemi və hər iki oyunçunun “Fənərbağça” ilə razılaşması səbəbiylə planlarını dəyişmək məcburiyyətində qalıb.

“Qalatasaray” bu dəfə maraqlandığı futbolçuları və klublarla əlaqəni mümkün qədər gizli saxlamağa qərar verib.

Bununla da futbolçuların xərclərinin azaldılacağı və digər klubların işə qarışmasının qarşısı alınacağı bildirilib.

COP29