“Qalatasaray” Superkubokun finalında uduzdu – VİDEO

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, həlledici oyunda Super Liqanın son qalibi “Qalatasaray”la Türkiyə Kubokunun sahibi “Akhisarspor” qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb – 1:1. Penaltilər seriyasında isə “Akhisarspor” üstün olub – 5:4.