“Qalatasaray” Tudoru göndərdi

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi İqor Tudorla yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, bu iddia ilə qardaş  ölkə mətbuatı çıxış edib. Bildirilir ki, “sarı-qırmızılar”ın son turda “Yeni Malatyaspor”a məğlub olması Tudorun göndərilməsi üçün əsas səbəb olub.

Gün ərzində klub tərəfindən rəsmi açıqlama yayılacağı bildirilir.