Futbol üzrə Türkiyə Superliqasının qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, sonuncu – XXXVIII turun həlledici qarşılaşması “Qalatasaray” və “Konyaspor” komandaları arasında oynanılıb.
Konya səfərində 3:1 hesablı qələbə qazanan İstanbul təmsilçisi xallarının sayını 102-yə çatdıraraq Superliqanın çempionu adını qazanıb.
“Sarı-qırmızılar”ın məğlubiyyətini gözləyən “Fənərbağça” isə paralel keçirilən görüşdə doğma meydanda autsayder “İstanbulspor”u qəbul edib. İsmail Kartalın yetirmələri rəqibini 6 cavabsız qolla məğlub edərək xal ehtiyatını 99-a yüksəldib. Əzəli rəqibi “Qalatasaray” “Konyaspor”la görüşdən qalib ayrıldığı üçün “sarı-lacıvərdlilər” cari mövsüm gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, ümumilikdə 24-cü dəfə Türkiyə çempionu adını qazanan Okan Burukun rəhbərlik etdiyi komanda, bu nəticə ilə bütün rəqiblərini qabaqlayır. “Qalatasaray”ın çempionluq sayında ən yaxın izləyicisi 19 dəfə bu uğura imza atan “Fənərbağça” klubudur./Report/