“Qalatasaray” Türkiyəni UEFA reytinqində irəli apardı

“Qalatasaray”ın Çempionlar Liqasının pley-off mərhələsində “Molde”ni (Norveç) məğlub etməsi (2:1) Türkiyənin UEFA reytinq sıralamasında irəliləməsinə səbəb olub.

Yenicag.az xəbər verir ki, qrupa düşən “sarı-qırmızılar”ın sayəsində qonşu ölkənin xalı 32,100-ə çatıb. Bununla Türkiyə Şotlandiyanı geridə qoyaraq 9-cu pilləyə yüksəlib. Səkkizinci pillədə 36, 900 xalla Belçika yer alıb.

Qeyd edək ki, Türkiyə mövsümə 12-ci sırada başlayıb.

COP29