“Qalatasaray” və “Fənərbağça”nın rəqibləri məlum oldu

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə 1/16 finalın cütlükləri bəlli olub.

Püşkatmada əsas mərhələdə 9-24-cü yerləri tutan 16 komanda iştirak edib. Türkiyənin turnirdəki təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”nın da rəqibləri müəyyənləşib.

1/16 final mərhələsinin cütlükləri

“Tvente” (Niderland) – “Budyo Qlimt” (Norveç)

“Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)

“Union” (Belçika) – “Ayaks” (Niderland)

PAOK (Yunanıstan) – FKSB (Rumıniya)

“AZ Alkmaar” (Niderland) – “Qalatasaray” (Türkiyə)

“Midtüllan” (Danimarka) – “Real Sosyedad” (İspaniya)

“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya Plzen” (Çexiya)

“Portu” (Portuqaliya) – “Roma” (İtaliya)

Bu raundun oyunları fevralın 13 və 20-də baş tutacaq.

Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan kollektivlər – “Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa turnirin 1/8 finalına yüksəliblər. Bu mərhələnin püşkatma mərasimi fevralın 21-də, matçları isə martın 6 və 13-də olacaq.