Bu gün Türkiyənin “Qalatasaray” idman klubunda növbədənkənar prezident seçkiləri keçirilib.
Yenicag.az xəbər verir ki, seçkidə klubun hazırkı prezidenti Dursun Özbək və onun yeganə rəqibi Mustafa Cengiz mübarizə aparıb.
Seçki nəticəsində Mustafa Cengiz 1703 səs alaraq “Qalatasaray” klubunun 37-ci prezidenti seçilib. Dursun Özbək isə 1623 səs toplayıb.