“Qalatasaray”da ilk ayrılıq

Bu ilin yanvarında icarə əsasında “Qalatasaray”a keçən Jedson Fernandeş klubu tərk edib.

Yenicag.az xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi  İnstaqram hesabında məlumat yayıb.

Jedson “Qalatasaray” forması ilə şəklini paylaşaraq, kluba təşəkkür edib.

Müqavilə ilə Portuqaliyanın “Benfika” klubuna məxsus olan Jedsonun “sarı-qırmızılar”la icarə müqaviləsi iyunun sonuna qədər idi.