!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qalatasaray”da yeni “FETÖ təlatümü”: Hakan Şükürü qoruyan 170 nəfər kimdir?

!Reklam – Yazi

“Qalatasaray” klubu rəhbərliyinin FETÖ terror şəbəkəsi ilə bağlılığına görə Hakan Şükür və Arif Erdemin klub üzvlüyündən çıxarılmasının əleyhinə səs verənlərlə bağlı apardığı təhqiqatın maraqlı detalları açıqlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray”ın son qurultayında səsvermə zamanı Hakan Şükür və Arif Erdemin lehinə səs verən 170 nəfərin siyahısı dövlətin kəşfiyyat qurumuna təqdim olunub.

“Qalatasaray” dəhlizlərində yayılan söhbətlərə görə, həmin şəxslərin siyahısını hazırlayan şəxs vəzifədə olan nazirlərdən birinin qohumudur.

Xatırladaq ki, “Qalatasaray”ın ötən ay keçirilmiş maliyyə qurultayında Zekeriya Öz, Şahabettin Harput, Hüseyin Avni Mutlu, İsmail Demiriz və Hazim Sesli səs çoxluğu ilə klub üzvlüyündən kənarlaşdırılmışdılar. İdarə Heyətində isə Hakan Şükür və Arif Erdemin klubdan çıxarılması səs çoxluğu ilə rədd edilmişdi.

Bununla belə, ictimai təzyiqləri nəzərə alan klub rəhbərliyi adları çəkilən sabiq futbolçuları “Qalatasaray” üzvlüyündən xaric edib.

Yeniçağ.Az

 

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv