Futbol üzrə Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, son oyun günündə meydana çıxan son çempion “Qalatasaray” “Alanyaspor”u qəbul edib.
İstanbul nəhəngi bu oyunda 6 cavabsız qolla qalib gəlib.
Türkiyə Super Liqası
3-cü tur
27 avqust
“Qalatasaray” – “Alanyaspor” 6:0
Qollar: Fernando, 37. S.Gümüş, 49. E.Derdiyok, 53. E.Akbaba, 56; 84. Onyekuru, 82.