Bugünlərdə “Qalatasaray”dan ayrılan Bafetimbi Qomis karyerasını Azərbaycanda davam etdirə bilər.
Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisinin müqaviləsinin müddətini yeniləmədiyi hücumçu “Qarabağ”a təklif olunub.
38 yaşlı fransalı ulduzun menecerləri onun uyğun qiymətə bura gələ biləcəyi haqda Ağdam klubunu məlumatlandırıblar.
Əgər təklifə maraq duyulsa, müqavilə şərtləri müzakirəyə çıxarılacaq.
2022-ci ildə “Qalatasaray”a qayıdan Bafetimbi Qomis 2017/2018 və başa çatan mövsümdə Türkiyə çempionu olub.