“Qalatasaray”dan Fatih Terim qərarı

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalayıb.

Yenicag.az xəbər verir ki, 66 yaşlı mütəxəssislə ikiilik sözləşmə bağlanıb. Baş məşqçi 2022-ci ilədək İstanbul təmsilçisinə rəhbərlik edəcək. Müqavilənin daha üç il uzadılması da nəzərdə tutulub.

Qeyd edək ki, F.Terim 2017-ci ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın sükanı arxasına keçib. Bundan sonra klub iki dəfə Türkiyə Super Liqasının, bir dəfə isə ölkə kubokunun qalibi olub./Report/