Türkiyənin “Qalatasaray” klubu ilk transferini reallaşdırmağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi Braziliyanın “Sao Paolo” klubundan Maykonu heyətinə qatır.
Bu keçid üçün “sarı-qırmızılar”ın qarşı tərəfə 7 milyon avro ödəyəcəyi bildirilir. Tərəflər arasında 5 illik sözləşmənin imzalanması gözlənilir.
Qeyd edək ki, Maykon hər ili üçün “Qalatasaray”dan 2,6 milyon avro maaş alacaq.
Yenicag.az