“Qalatasaray”dan növbəti qələbə – VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, cari mövsümə uğurlu başlayan “Qalatasaray” bu tur “Kasımpaşa” ilə qarşılaşıb. Doğma meydanda baş tutan görüşdə “aslanlar” 2:0 hesablı qələbəyə seviniblər.

Rəqib qapısından hər iki qolu Bafetimbi Qomis keçirib. Həmin qollarla sizi də tanış edirik: