Türkiyə Super Liqasının 14-cü həftəsində “Qalatasaray” evdə “Alansyaspor”u qarşılayıb.
Yenicag.az xəbər verir ki, matç 1:0 “sarı-qırmızılar”ın qələbəsi ilə bitib. Yeganə qolu komandanın hesabına oyunun 21-ci dəqiqəsində penaltidən Younes Belhanda yazdırıb.
Bununla da “Qalatasaray” 23 xala yüksəlib.