“Qalatasaray” növbəti transferini reallaşdırıb.
Yenicag.az xəbər verir ki, İstanbul nəhəngi “Alanyaspor”un yarımmüdafiəçisi Əmrə Akbabanı transfer edib. “Sarı-qırmızılar” Türkiyə millisinin üzvü üçün 5 milyon avrosundan keçib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Əmrə Akbaba “Antalyaspor”un yetirməsidir. O, 2013-cü ildə “Alanyaspor”a icarəyə verilmişdi. 2016-cı ildə isə bu komandaya ilə birdəfəlik transfer olmuşdu.