“Qalatasaray”dan qələbə – VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, lider “Qalatasaray” bu gün doğma meydanda “Trabzonspor”la qarşılaşıb. İstanbul nəhəngi turun mərkəzi matçından 2:1 hesablı qələbə ilə ayrılıb.

Bu qələbə sayəsində xallarının sayını 57-yə çatdıran “aslanlar” ilk pillədəki mövqeyini qoruyub.