Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, son oyun lider “Qalatasaray” Ankarada “Gənclərbirliyi”nin qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb.
Millimizin forvardı, “Gənclərbirliyi”ndə forma geyinən Dəniz Yılmaz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Dəniz matçın əvvəlində qol vurmaq üçün əla fürsət əldə etsə də, həmin şansdan yararlana bilməyib.
Türkiyə Super Liqası
28-ci tur
9 aprel
“Gənclərbirliyi” – “Qalatasaray” 1:0
Qol: Alper Uludağ, 90.