Türkiyə millisinin və “Qalatasaray”ın əfsanəvi futbolçusu Bülent Qorxmaz 20 yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
“Bakı”nın sabiq baş məşqçisi Yenicag.az saytı vasitəsi ilə şəhidlərimizi ehtiramla yad etdiyini, Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.
Bir vaxtlar Azərbaycanda çalışmış Sebahettin Tekin də 20 yanvar faciəsinə biganə qalmayıb. O, “Azərbaycanda qardaşlarım var. Mən Azərbaycanı ikinci vətənim kimi qəbul edirəm. Ölkənizdə baş verən faciə bizim üçün də eyni müstəvidədir” deyib.
Emin