Uilfred Zaha “Qalatasaray”dan ayrılmaq üçün menecerindən yeni komanda tapmasını tələb edib.
Yenicag.az xəbər verir ki, bu mövsüm “Kristal Pelas”dan transfer olunan futbolçu “Qalatasaray”da qalmaq istəmir.
Zahanın meneceri “Vest Hem” və “Aston Villa” klubları ilə görüşüb. Hər iki komanda təcrübəli hücumçunu yalnız icarə əsasında transfer edə biləcəklərini deyib.
Qeyd edək ki, bu mövsüm “Qalatasaray” forması ilə çıxdığı 39 oyunda 10 qol, beş məhsuldar ötürmə edib./Oxu.az/