“Qalatasaray”ın oyununda azarkeş öldü

3139Basketbol üzrə Avroliqanın “Qalatasaray Liv Hospital” – “Srvena Zvezda Telekom” matçı öncəsi bir azarkeş ölüb.

Buna səbəb serb fanatlar arasındakı dava olub.

Belə ki, qonaq azarkeşlər İstanbuldakı Abdi İpekçi İdman Salonunun qarşısında bir-biriləri ilə dava ediblər. Onlardan biri bıçaqla digərlərinə hücum edib və Miloş İvkoviçi bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən 25 yaşlı fanatın həyatını xilas etmək mümkün olmayıb.