Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz avtomobil qəzasına düşüb.
Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə “Beşiktaş”la keçirilən İstanbul derbisindən sonra baş verib.
Qarşılaşmadan sonra evinə yollanan klub prezidentinin maşını mikroavtobusla toqquşub.
Qəza zamanı maşın sıradan çıxsa da, xəsarət alan olmayıb.
Qeyd edək ki, Mustafa Cengizin içində olduğu maşını onun sürücüsü idarə edib.