“Qalatasaray”ın yeni prezidenti bu gün seçiləcək

Bu gün Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti bəlli olacaq.

Yenicag.az xəbər verir ki, seçkidə 5 namizəd iştirak edəcək. Bunlar Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardandır.

“Sarı-qırmızılılar”ın hazırkı prezidenti Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

Seçki prosesi Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Səsvermə 5 saat davam edəcək. Yeni seçiləcək şəxs “Qalatasaray”ın 38-ci prezidenti olacaq.

Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından “Qalatasaray”a rəhbərlik edir.