Qaldığı oteldən özünü yerə atdı – Azərbaycanlı gəncin intiharı

Türkiyənin Yalova şəhərində intihar hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, 30 yaşlı Azərbaycan vətəndaşı qaldığı otelin vanna otağında biləklərini kəsərək özünü 4-cü mərtəbədən yerə atıb.

H.H. adlı şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı səbəbdən intihara əl atdığı bəlli deyil.

Faktla bağlı araşdırma başlanıb.

COP29