İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Yenicag.az bildirir ki, bu barədə İran mediası yazıb.
“Azərbaycan vətəndaşlarının həlak olması ilə nəticələnən sərnişin təyyarəsinin qəzaya uğraması barədə böyük kədər və duyğu ilə xəbər tutdum. Bu münasibətlə dostumuz və qardaşımız Azərbaycana, zati-alilərinə, həlak olanların ailələrinə, millət vəkillərinə və hökumət rəsmilərinə başsağlığı verir, həyatını itirənlərə Uca Allahdan rəhmət, ailələrinə səbir diləyir, sağ qalanlara şəfa arzulayıram”, – Qalibaf bildirib./axar.az