Qalmaqaldan başı açılmayan Aşıq Namiq: “3 min manat istəyirdi, mən də…”

“Oğlu üzr istədi və mən də onun anasının telefonunu düzəltdirəcəyimə söz verdim”.

Bu sözləri bir neçə gün əvvəl parkda yaşadığı insidentin nəticəsi barədə danışan Aşıq Namiq Fərhadoğlu  Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi qarşı tərəfin ondan 3 min manat tələb etdiyini bildirib:

“Qarşı tərəf deyir ki, telefonumu al. Mənə “iPhone 14” aldırmaq istəyirdi, mən də almadım. Onun telefonu “iPhone 11”dir, niyə ona “iPhone 14” almalıyam ki?

Məndən 3 min manat pul almaq istəyirdi. Mən də dedim, get gətir baxım telefonuna, görüm hansı markadır? Gətirdi, baxdım ki, “iPhone 11”dir.

Qadının oğlu məndən üzr istədi. Mən də onun telefonunu düzəltdirəcəyimi bildirdim. Söhbət də elə belə qalıb”.

Cəvahir

COP29