!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qalmaqallı dairədən yeni xəbər – MSK məntəqənin nəticələrini ləğv etdi

!Reklam – Yazi

273Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

MSK üzvü Ramiz İbrahimov deyib ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə MSK-ya müraciət edərək 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğvini xahiş edib: “O, müraciətində göstərib ki, həmin seçki məntəqələrində səslərin sayılmasında və səsvermə prosesində qanunsuzluq olub. Onun MSK-ya təqdim etdiyi videomateriallar da araşdırılıb və orada hansı seçki məntəqəsində pozuntunun olması aydın görünməyib. Ona görə də hesab edirik ki, 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğv edilməsi ilə bağlı şikayətə xitam verilməlidir. Çünki DSK daxil olmuş şikayətlərin araşdırılması prosesində 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib”.

R. İbrahimov təklif edib ki, MSK-nın apardığı araşdırmalara əsasən 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri də ləğv olunmalıdır. Təklif səsə qoyularaq qəbul edilib(APA).

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv