Rusiya tarixində mühüm rol oynamış II Yekaterinanın məktubu hərracda yüksək qiymətə satılıb.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, II Yekaterinanın peyvənd olunmağın faydası haqqında yazdığı 1787-ci ilə aid məktubu üçün hərracda 93 milyon rubl (təqribən 2 milyon 145 min manat) ödənilib.
Məlumata görə, II Yekaterinanın portreti və məktubunun satışı dekabrın 1-də Londonun “MacDougall’s Auction” Hərrac Evində baş tutub.
İmperatriça məktubunda çiçək xəstəliyinə qarşı peyvənd olunmağın faydası haqqında fikirlərini yazıb.
Məktubu alan şəxsin adı açıqlanmır.