Qalmaqallı istefa ilə yaddan qalan Baş nazir Aİ Şurasının yeni prezidenti seçildi

Avropa İttifaqı Şurasının yeni prezidenti seçilib. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu posta Şarl Mişel layiq bilinib.

O, vəzifə səlahiyyətlərinin icrasına 2019-cu il dekabrın 1-dən başlayacaq. Şarl Mişel  2022-ci il mayın 31-ə qədər şuranın sədri olacaq.

Diplomat həmçinin bu müddətdə Avropa Sammitinə rəhbərlik edəcək.

Qeyd edək ki, Şarl Mişel Belçikanın keçmiş Baş naziridir. Onun əvvəlcə impiçmentlə üzləşmiş, daha sonra kütləvi xalq etirazları ilə qarşılaşmışdı. Bundan sonra isə, o, vəzifəsindən istefa etmişdi.

Həşim Səhrablı 

COP29