!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qalmaqallı penaltini verən hakimin arvadı təhdid edilir: "Sən də, ərin də öləcəksən" - FOTOLAR

!Reklam – Yazi

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Real” – “Yuventus” matçının son dəqiqəsində qonaqların qapısına penalti təyin edən Maykl Oliverin arvadı təhdid edilir.

Yenicag.az xəbər verir ki, ingilis hakimin xanımının telefon nömrəsi kimliyi bəlli olmayan şəxs tərəfindən sosial mediada yayımlanıb.

Nəticədə qadınlar arasında keçirilən Çempionlar Liqasında idarəçilik edən Lusi Oliverə qarşı təhdid dolu mesajlar yazılıb: “Axmaq fahişə! Ərin də sənin kimi qorxuludur!”, “Ərini döyəcəyik”, “Sən də, ərin də öləcəksən!”.

Faktla bağlı İngiltərə polisi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sözügedən penalti sayəsində “Real” yarımfinala adlayıb.

www.yenicag.az

2955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv