İranda qəzaya uğrayan və 3-ü ekipaj üzvü olmaqla, 11 gənc qadının həlak olduğu “Bacaran Holdinq”ə məxsus təyyarənin sirri açılır.
Yenicag.az bildirir ki, “Qara qutu”lar Parisə göndərilib və ən gec 10 günə hesabat hazır olacaq.
Qeyd edək ki, prosesə Türkiyə, İran və Kanadadan olan mütəxəssislər qoşulub. Hazırda Parisdə laboratoriyada “Qara qutu”lar açılıb və analiz prosesi başlanılıb.