Bakının Nəsimi rayonunun Novruzov qardaşları, Cəlil Məmmədquluzadə küçələrindəki ərazidə “Eleven Park Residence” yaşayış kompleksi inşa edən “Pilot 16” MMC ilə bağlı qalmaqallar bitmir.
Şirkətin tikinti meydançasının yerləşdiyi ərazidə yaşayan sakinlərdən Editor.az-a daxil olan videodan aydın görünür ki, şirkət yalnız ərazidə yaşayan sakinlərin deyil, binanın inşaatında çalışan usta və fəhlələrin də həyatını, təhlükəsizliyini görməzdən gəlir. İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydalarını pozan ustalar qoruyucu geyim olmadan hündürlükdə yerləşən mərtəbələrdə tikinti işləri aparırlar.
Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyevdir. Ancaq mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin faktiki sahibi keçmiş oliqarx deputat Əsabil Qasımov və onun ailə üzvləridir.
Həmin görüntüləri təqdim edirik: