Qalmaqallı xanım deputatın YENİ “TİTULU”: “Peyğəmbər” elan edildi – VİDEO

Salyanda seçicisi xanım deputatın fəaliyyəti haqqında danışarkən, onu peyğəmbər adlandırıb.

“Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam” fikrinə görə tənqid olunan deputat Jalə Əhmədova bu dəfə seçiciləri ilə görüşündən yayılan videoda səsləndirilən bənzətmə üzündən sosial şəbəkə istifadəçilərinin hədəfinə gəlib.

Yenicag.az xəbər verir ki, həmin görüşdə seçicilərdən biri xanım deputatı peyğəmbər adlandırıb. “Siz Salyana Allah tərəfindən göndərilən elçisiniz”, – deyə həmin şəxs bildirib.