Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev barəsində cinayət işi açılıb.
Yenicag.az Bakupost.az-a istinadən xəbər verir ki, rayon prokurorluğu ona qarşı Cinayət Məcəlləsinin 313-cü, vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürüb və təqsirləndirililən şəxs qismində istintaqa cəlb edilib.
Qeyd edək ki, 57 yaşlı Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Bir müddət əvvəl onun pasiyenti döyməsi barədə video paylaşılıb. Daha sonra isə onun xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılmışdı.