!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qamət Süleymanovun üzə çıxardığı GİZLİ ÜSYAN HAZIRLIĞI: Adil Rəcəbov harada və nədən tövbə edib? - VİDEO

!Reklam – Yazi

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov Azərbaycanda dini cameənin parçalanmasına yönəlik fəaliyyətlərinə ara vermədiyi bildirilən Adil Rəcəbov və Əlixan Musayevin dövlət əleyhinə fəaliyyət göstərdikləri barədə açıq mətnlə danışıb.

Ölkədə ilahiyyatçı libasına bürünərək dini zəmində təfriqə salmaqla yanaşı, həm də dövlətə qarşı çıxışları ilə diqqət mərkəzinə düşdükləri iddia olunan “din adamları” Adil Rəcəbov və Əlixan Musayevin bu çərçivədə fəaliyyəti haqqında media illərdir ki yazır. Ancaq buna baxmayaraq, adları çəkilən “ilahiyyatçılar”ın pozuculuq fəaliyyətlərini davam etdirdikləri və dövlətin təməlini sarsıtmaq cəhdlərinə ara vermədikləri haqda iddialar səngimir.

Oların bu istiqamətdə fəaliyyətinin artıq elə bir həddə çatdığı vurğulanır ki, dini cameənin bəzi tanınımş təmsiçiləri də Rəcəbovla Musayevin dövlətə meydan oxumalarına səssiz qalmağı doğru saymayaraq bu təhlükənin nəhayət önlənməsi üçün təcili tədbirlər görməyin zəruriliyindən danışırlar.

Bu günlərdə dindarların qarşısında çıxış edən “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov qeyd olunan məsələyə daha ətraflı toxunaraq Rəcəbov və Musayevin fəaliyyətini dövlət əleyhinə gizli üsyan hazırlığı kimi dəyərləndirib.

Adil Rəcəbovla Əlixan Musayevin Azərbaycan dövlətini öz tərəfdarlarına “kafir ölkə” kimi tanıtmalarına, həmçinin “Ləzgi məscidi”ndə terror şəbəkəsi İŞİD üçün dua etdirmələrinə, o cümlədən tərəfdarlarını İŞİD-ə qoşulmaları üçün Suriyaya göndərmələrinə dair yayılmış məlumatları nəzərə aldıqda Qamət Süleymanovun bu mesajının məqsədi bəlli olur. Göründüyü kimi, Qamət Süleymanov adları çəkilən “ilahiyyatçı”ların körüklədikəri deyilən təhlükəni açıq şəkildə ortaya gətirir və obrazlı desək, “top”u dövlətə ötürür.

Yeri gəlmişkən, Süleymanovun bəhs olunan çıxışında başqa maraqlı məqam da var. O, Adil Rəcəbovun məlum əməllərindən “tövbə” etməsi haqda xəbərlərə toxunaraq bu addımı Ermənistanın Baş naziri Nikol Paşinyanın davranışına bənzədib:

“Bu lap Paşinyanın söhbətinə oxşadı: Qolu harada çəkib? Harada edib tövbəni, hansı “podval”da edib? Çıxsın, açıq-aydın desin. Onun yerinə başqaları deyir ki, tövbə edib. Çıx açıq-aydın de ki, bəli, məndə belə fikirlər olub, mən tövbə edirəm.

Yaxşı, nədən tövbə edib? Deyirdi ki, Kəbənin Rəbbi haqqı, yalandır, indi tövbə edib. Nədən edib? Bu, dindir, olmaz belə. Sən təhlükəli fikirləri yay, sonra get “podval”da de, tövbə etmişəm, yayın mənim adımdan”.

Qamət Süleymanovun həmin videoçıxşını təqdim edirik:

www.yenicag.az

4614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv