Qamışlıqdan çürümüş meyit tapıldı

109637_res_01Bu gün Neftçala rayonunun Mayak kəndində dəniz sahilindəki qamışlıqdan kişi meyiti tapılıb.

Çürümə prosesinə məruz qalmış meyitin əlamətlərindən onun azı 5-6 ay ərzində suda qaldığı ehtimal olunur. Ölən şəxsin şəxsiyyətini müəyyən etmək hələ mümkün olmayıb. Yalnız o məlumdur həmin şəxs orta yaşlıdır.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb(virtualaz).