Qanazlığının əlamətləri qansızlıq növünə görə dəyişir.
Qanazlığına səbəb olan narahatlıqlar və qanazlığının şiddətinə görə əlamətlər fərqlənə bilər. Məsələn, qan itkisi, xora, menstruasiya problemləri və ya xərçəng, anemiyaya səbəb ola bilər. Bu narahatlıqlar bəzi aşkar əlamətlər ilə özlərini göstərə bilərlər. Əgər yüngül anemiya varsa və ya anemiyanın əmələ gəlməsi uzun müddət yayılıbsa, hər hansı bir əlamət hiss etməyə də bilərsiniz.
Medicina.az xəbər verir ki, qan azlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sümük iliyində qanın özünübərpa funksiyasının azalması, müxtəlif səbəblər üzündən qan itkisinin artmasıdır.
Qanazlığı özünü necə göstərir?
-Torpaq, buz, kirəc yemək istəyi
-Ağız ətrafında çatlar
-Dildə qırmızılaşma
Anemiya (qan azlığında) əlamətləri qanazlığının növünə görə dəyişsə də, bir çox qansızlıq növü üçün bəzi müştərək əlamətlər aşağıdakılardır:
-Tez yorğunluq və enerji itkisi
-Xüsusilə məşq zamanı fövqəladə sürətli ürək döyüntüsü
-Xüsusilə məşq zamanı nəfəs darlığı və baş ağrısı
-Diqqəti toplamaqda çətinlik
-Solğun dəri
-Ayaqda ağrılar
-Yuxusuzluq
Yuxarıdakı ortaq əlamətlərdən başqa qanazlığı ilə yanaşı başqa əlamətlər də ortaya çıxa bilir. Qanazlığının digər əlamətlərini qansızlıq tiplərinə görə araşdırmaq faydalı ola bilər.
Dəmir çatışmazlığından dolayı yaranan qanazlığının əlamətləri:
-Kağız, buz və ya toz kimi qəribə maddələrə qarşı duyulan aclıq və iştaha
-Dırnaqların yuxarı doğru əyilməsi
-Ağız kənarlarında çatlar
-Ağızda acı dad
Dəmir çatışmazlığının səbəbləri:
-Tərkibində az miqdarda dəmir olan qidalar yemək
-Bağırsaqlar tərəfindən az miqdarda sorulma
-Xroniki qanaxmalar
Dəmir bədəndə oksigen daşıma vəzifəsini yerinə yetirən eritrosidlərin bərpası üçün vacibdir. Gündəlik dəmir tələbatı 2 milliqramdır. Qaraciyərdə, mal ətində, həmçinin balıq məhsullarında dəmir ehtiyatı çoxdur. C vitamini və portağal şirəsi bitkilərdən alınan dəmirin sorulmasını artırır, çay və qəhvə isə bu sorulmanı azaldır.
Dəmir çatışmazlığının müalicəsindən 2 ay sonra hemoqlobin miqdarı normal səviyyəyə çatır. Sümük iliyində dəmir miqdarını bərpa etmək üçün daha uzunmüddətli müalicə lazımdır.
Fol turşusu çatışmazlığı ilə əlaqədar anemiya: Orqanizmin qırmızı qan hüceyrələrini istehsal etməsi üçün fol turşusuna ehtiyacı var. Fol turşusunun miqdarı normadan az olduqda qan hüceyrələrinin istehsalı azalır və anemiya baş verir. Keçi südü ilə qidalanma, bağırsaq xəstəlikləri, xərçəng xəstəliyi və epilepsiya üçün istifadə edilən dərmanlar da fol turşusu çatışmazlığına səbəb olur. Fol turşusunun çatışmazlığı ilə əlaqədar yaranan anemiya zamanı ishal, depressiya, dilin şişməsi və qızarması müşahidə edilir.
B12 vitamininin çatışmazlığından dolayı yaranan anemiya əlamətləri:
-Əl və ayaqlarda tikan və ya sancma hissi
-Toxunma duyğusunun itkisi
-Büdrəyərək yerimə və getmədə çətinlik
-Hər dəfə nəyisə dağıtmaq
-Qol və ayaq sərtliyi
-Zəiflik
-Hallusinasiya, paranoyya və şizofreniya
Xroniki qırmızı qan hüceyrəsinin tənəzzülündən dolayı yaranan anemiya əlamətləri:
-Sarılıq (Sarı dəri və sarı göz ağı)
-Qəhvəyi və ya qırmızı rəngdə sidik
-Ayaq yaraları
-Öd kisəsi daşı simptomları
Ani qırmızı qan hüceyrəsinin tənəzzülündən dolayı yaranan anemiya əlamətləri:
-Qarın ağrısı
-Qəhvəyi və ya qırmızı sidik
-Sarılıq (sarı dəri rəngi)
-Dəri altındakı kiçik yaralar
-Böyrək çatışmazlığı əlamətləri
Bu əlamətləri gördükdə dərhal həkimə gedin:
-Daimi yorğunluq, nəfəs darlığı, ürək döyüntüsü, solğun dəri və ya qan çatışmazlığının hər hansı bir əlamətidir.
-Pis və ya vitamin və mineral baxımından kasıb qidalanma.
-Çox ağır keçirilən menstruasiya qanaxmaları
-Xora, qastrit, babasil, qanlı və ya qatran konsistensiya ifrazat və ya kolon xərçəng əlamətləri;
-İrsi olaraq anemiya (qan azlığında) ailənizdə görülürsə və uşaq dünyaya gətirməzdən əvvəl genetik məsləhətləşməyə ehtiyacınız olarsa.
Qanazlığının səbəb olduğu problemlər:
Hamilə qadınlarda:
-Ana bətnində uşağın ölməsi
-Erkən doğuş
-Bədənin müqavimətinin azalması
-Körpənin az çəkili dünyaya gəlməsi
Uşaqlarda:
-İnkişafda gerilik
-Fiziki aktivliyin azalması
-Bədənin müqavimətinin azalması
-Yaddaşsızlıq
Yeniyetmələrdə:
1. Mütəmadi olaraq yorğunluq hissi, halsızlıq
2. İş qabiliyyətinin azalması
3. Bədənin müqavimətinin azalması
Mədə-bağırsaq yarası, xərçəng xəstəliyi, həmçinin uzun müddət aspirin və revmatizm dərmanları qəbul etmək də qan azlığına gətirib çıxarır.
Yuxu pozğunluğu, rejimsizlik, düzgün qidalanmama da bu kateqoriyaya daxildir. Körpələrdə əlavə qidalara gec başlamaq, ana südü əvəzinə inək südü ilə qidalanmaq da qan azlığına səbəb olur.