Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Qan donduran anlaşma - 9 yaşlı qızlar müvəqqəti evliliyə məcbur edilir

İraqda yaşayan şiə din adamlarının 9 yaşında olan qızları müvəqqəti evlilik üçün icarəyə verdiyi məlum olub.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə geniş reportajı “BBC ərəbcə” komandası hazırlayıb.

Belə ki, kişiləri nigahsız cinsi əlaqənin dini aspektlərdən yolverilməz olduğuna inandıran həmin şəxslər qızları onları icarəyə verir.

Araşdırmada gizli şəkildə lentə alınmış və İraqın 3 əsas din xadimlərindən sayılan həmin şəxslərin Ayətullah Sistaninin yetirmələri olduğu bildirilib.

Araşdırmanın ən tükürpədici tərəfi isə, müvəqqəti evlilik adı verilmiş bu dini nigahların bəzən 1 saat çəkdiyi barədə faktların yer alması olub. Bu isə, qızlarla evlənmiş kişinin istəyinə bağlı müddətdir.

Mollalar müvəqqəti evlilik məqsədiylə zəng edən şəxslərə 9 yaşlı qızları özləri təklif edir. Araşdırma ilə bağlı “BBC ərəbcə” komandası İraq rəsmilərinin fikirlərini öyrənib. Hökumət sözçüsü qeyd edib ki, güx strukturlarının bu kimi halların qarşısını alması üçün qadınların rəsmi şəkildə şikayət etməsi lazımdır. Əks təqdirdə hökumət hərəkətə keçə bilməz.

Həşim Səhrablı

www.yenicag.az

430
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM