www.sinerjipro.net

SinerjiProWide

“Qan qardaşı” Bakıda – İçərişəhər yenidən rus filmində

Reklam

Məşhur rus rejissoru Artyom Tyomnikov “Qan qardaşı” adlı film çəkir. Film pritça xarakterli, fəlsəfi məzmunludur. Filmin bir çox səhnələri Türkiyənin Trabzon şəhərində çəkilməli olduğu halda, rejissor son anda fikrini dəyişib. Və filmin yaradıcı heyəti Bakıya gəlib. Artıq iki gündür ki, Bakıda olan ruslar səhər saatlarından başlayaraq, İçərişəhərdə filmin əsas kadrlarını çəkirlər.

Filmin rejissoru Artyom Tyomnikovun Yeniçağ.az saytına dediyinə görə, o, dünyanın 96 şəhərində olub. Amma Bakı qədər heç yerə valeh olmayıb:

“Bu gün Bakıda ilk çəkiliş günümüzdür. Belə gözəl havada film çəkmək ləzzət edir. Trabzona getmədiyimə qəti peşman deyiləm. Bakı məni o qədər valeh etdi ki… Sizin qonaqpərvərliyiniz, xüsusən də yeməkləriniz möhtəşəmdir. Deyəsən, mən Bakıya ayrıca bir film həsr edəcəm”.

Qeyd edək ki, yaradıcı heyətin Bakı çəkilişləri hələ iki gün davam edəcək. Filmin prodüseri isə Rusiyanın məşhur “31 st.” studiyasının rəhbəri Yevgeniy Mironovdur.

 

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.