Qanada fırtına nəticəsində 20 şagird ölüb

Qanada baş vermiş fırtına nəticəsində azı 20 yuxarı sinif şagirdi həlak olub.

Yeniçağ.Az xəbər verir ki, hadisə Qananın məhşur Kintampo şəlalələri turizm məkanında baş verib.

Qeyd olunur ki, fırtına nəticəsində bir neçə ağac kökündən çıxaraq məktəblilərin üstünə aşıb. Ölənlərdən 18-i yerində, digər 2-si isə xəstəxanada dünyasını dəyişib.

Yeniçağ.Az