Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qanayan yaramız Xocalı” - Ankarada Xocalıya həsr edilmiş tədbir keçirildi – FOTOLAR

Reklam: High Technic

Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımının 28-ci il dönümünə həsr edilmiş “Qanayan yaramız Xocalı” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Ankara Qazi Universitetində Texnologiya bölümünün təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycanın Türkiyədəki səfirinin birinci katibi Elçin Allahverdiyev, Xəzər Universitetinin Türkiyə təmsilçisi Murat Yaşar Əkinçi, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, AGAH sədri Təbriz Raufoğlu, professor-akademik heyəti və tələbələr qatılıb.

Professor Çetin Almasın moderatorluğunda baş tutan tədbirdə Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və Professor Qaffar Çaxmaqlı çıxış edərək Xocalı Soyqırımı haqqında məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin önəmini
vurğulayıblar.

Tədbirin sonunda çıxış edənlər iştirakçıları sosial mediada aktiv olmağa və #HocalıyaAdalet, #Hocalıiçinpaylaş, #JusticeforKhojalı, #ShareforKhojalı haşteqlərilə paylaşım edib, rəy yazmağa səsləyiblər.

www.yenicag.az

857