!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QANDONDURAN HADİSƏ: Uşağı doğub balkondan aşağı atdı - FOTO

!Reklam – Yazi

Qadın yeni doğulmuş körpəsini balkondan aşağı atıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində yaşanıb.

Liviyadan olduğu bildirilən qadın hamıdan gizli şəkildə doğduqdan sonra uşağı yaşadığı binanın balkonundan aşağı atıb. Terrasa düşən körpə hadisə yerində keçinib.

Olayın üstü isə uşağın cansız bədəninin yanında qarğaların uçuşması ilə açılıb. Hadisə yerinə çağırılan polislər dəhşətli mənzərə ilə qarşılaşıblar.

Polis tərəfindən saxlanılan qadın ifadəsində bildirib ki, Liviyada təcavüzə məruz qalıb və hamiləliyini valideynlərindən gizlədib. Evdə səssizcə doğduqdan sonra uşağın ölü olduğunu zənn etdiyini bildirən qadın buna görə də onu balkondan aşağı atdığını deyib.

Məhkəməyə çıxarılan qadın sərbəst buraxılıb.

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv